Davudoğlunun kitabı bolqar dilində nəşr olundu

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun qələmə aldığı "Strateji Dərinlik" adlı kitabı bolqar dilinə tərcümə olundu.

422498
Davudoğlunun kitabı bolqar dilində nəşr olundu

Kitab Sofiyada Bolqarıstan Elmlər Akademiyasının (BAN) mərasim zalında oxuculara təqdim olundu.

Bolqarıstan Mədəniyyət naziri Todor Tanev təqdimatda etdiyi çıxışında Davudoğlu ilə ilk görüşünü xatırlayaraq: "Mütəfəkkir və strategiya mütəxəssisi olan həmkarım və dostumu hər zaman gülər üzlü gördüm, təbəssümü isə həmişə səmimidir" dedi.

Nəşriyyatın müdiri Lüben Kozarev isə kitabın təqdimatının Bolqarıstan Elmlər Akademiyasının mərazim zalında keçirilməsinin əsərə verilə dəyərin göstəricisi olduğunu bildirərək, qonaqlara: "Əlinizdə tutduğunuz siyasət təqdim etməyən saf bir elmdir" deyə səsləndi.

Kitabın bolqar dilinə tərcüməsinə dəstək verən Türkiyənin Sofiya Səfiri Süleyman Gökçe "Strateji Dərinlik" kitabının Türkiyədə 100-ə yaxın nəşri olduğunu söylədi.

Gökçə daha əvvəl yunan, serb, alban, rumın və italyan dillərində çap olunan kitabın ingilis dilində də nəşrinin satışa çıxmaq üzrə olduğunu bildirdi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr