Yalçın Akdoğan hökumət proqramından danışdı

Türkiyə Baş nazirinin müavini Yalçın Akdoğan gələn həftə hökumət proqramının məclisdə oxunmasının gözlənildiyini söylədi.

420433
Yalçın Akdoğan hökumət proqramından danışdı


Akdoğan Ankarada keçirilən Ənsar Vəqfi Şöbələrinin Böyük Türkiyə Toplantısında çıxış etdi.

Toplantıda bir çox millət vəkili və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak etdilər.

Akdoğan 1 Noyabr Parlament seçkiləri haqqında: '' Millətin mesajını doğru oxuyanların qalib gəldiyi, millətlə inadlaşanların məğlub olduğu bir seçkilər oldu " deyərək, seçicinin bir iqtidar, təhlükəsizlik və sabitlik istədiyinin aydın olduğunu vurğuladı.

Akdoğan gələn həftə hökumət proqramının oxunmasından sonra vədlər, islahatlar və layihələr istiqamətində işlərin sürətlə başlayacağını söylədi.

Davam edən terror əməliyyatlarını da qiymətləndirən Yalçın Akdoğan bütün təhdidlər aradan qaldırılanadək  mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğuladı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr