Bayırbucaq türkmənləri Türkiyəyə pənah gətirdilər

Suriyada Əsəd rejiminin başladığı hücumlardan qaçan Bayırbucak türkmənləri Türkiyə sərhədinə çatdılar.

420435
Bayırbucaq türkmənləri Türkiyəyə pənah gətirdilər

Bu vəziyyətə laqeyd qalmayan Türkiyə soydaşlara kömək əlini uzatdı.

Hatayın Yayladağı qəsəbəsində türkmən rəsmiləri ilə görüşən Hatay valisi Ercan Topaca mövzu ilə əlaqədar açıqlamalar verdi.

Vali:" 1500-ə yaxın türkmən qardaşımız sərhəd bölgəmizdə gəldilər. Qış başlayır. Çadır, yorğan ehtiyacının ödənməsi ilə əlaqədar tədbirlərimizi gördük" dedi.

Türkmənlərə yorğan və hazır yemək verildiyini bildirən vali isti yemək paylanacağını da söylədi.

Daha çox türkmənin gələcəyi ehtimalı olduğunu bildirən Ercan Topaca hökumətin təlimatı istiqamətində Qızılay, AFAD və bütün ictimai təşkilatların səfərbər olduğunu söylədi.

Qarşıdurma bölgəsində qalan türkmən kəndlərinin sayının 15 olduğunu bildirən Vali:"Əhalinin sayı təxminən 30-35 mindir.  Bunlardan nə qədəri bu tərəfə gələcək, onu təxmin etməyə çalışırıq və bu istiqamətdə hazırlıq işləri aparırıq. Neçə adam gələrsə- gəlsin, hamısını qəbul edəcəyik. Bizim hökumətimizindən aldığımız təlimat bu istiqamətdədir. Maddi  problemimiz yoxdur "dedi.

Hatay valisi Topaca, iki günlük müddətdə, Türkmən bölgəsindən 17 yaralının gəldiyi,  onların ilkin müdaxilədən sonra böyük xəstəxanalara göndərildiyi barədə də məlumat verdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr