Türkiyədə DEAŞ-a qarşı əməliyyatlar davam edir

Terror təşkilatı DEAŞ-a qarşı əməliyyatlar çərçivəsində Qaziantep və Kilisdə 4 nəfər saxlanılıb.

367189
Türkiyədə DEAŞ-a qarşı əməliyyatlar davam edir

Qaziantepdə noyabrın 15-də terror təşkilatı DEAŞ-ə qarşı həyata keçirilən əməliyyatlarda saxlanılan 2 nəfəri qadın olmaqla 4 şübhəli məhkəmənin qərarına əsasən həbs olunub.
Əməliyyat zamanı üzərindəki partlayıcı qurğunu işə salan terrorçu ölüb, 5 polis əməkdaşı isə xəsarət alıb.
Yeni qanlı aksiyaya hazırlaşan şübhəlilərdən ikisinin ər arvad, birinin isə terrorçu kamikadzenin həyat yoldaşı olduğu məlum olub.
Kilisdə isə həyata keçirilən əməliyyatlarda saxlanılan 21 şübhəlinin 2-si Türkiyə vətəndaşı olub.
19 əcnəbi isə deportasiya edilmək üçün Miqrasiya İdarəsi Rəhbərliyinə təhvil verilib.
Kilisdə də Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla gələn 1 nəfər DEAŞ terrorçusu da ölü olaraq ələ keçirilib.
Atatürk Hava Limanında da DEAŞ sıralarına qatılmaq məqsədi ilə Almaniyaya gedən 8 şübhəli saxlanılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr