Sergey Lavrov Türkiyəyə səfərǝ gǝlǝcǝk

Türkiyədə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.

367301
Sergey Lavrov Türkiyəyə səfərǝ gǝlǝcǝk

Türkiyədə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 25-də Türkiyəyə rəsmi səfərə yollanacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib. O qeyd edib ki, səfər çərçivəsində Rusiya XİN başçısı türkiyəli həmkarı ilə görüşəcək: "Görüşlər çərçivəsində iki dövlət arasındakı münasibətlər, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasına hazırlıq məsələləri və Suriyadakı vəziyyət müzakirə olunacaq”.
Mariya Zaxarova Sergey Lavrovun Türkiyə səfəri çərçivəsində keçirəcəyi görüşlərdə Cənubi Qafqazdakı vəziyyətin də müzakirə olunacağını söyləyib.

Suriya xarici işlər naziri də eyni gün Moskvada görüşlər keçirəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr