Yunanıstana keçmək istəyən Suriyalı qaçqınlar yaxalandılar

Türkiyənin İzmir şəhərinin Karşıyaka qəsəbəsində qeyri-qanuni yollarla Yunanıstana getməyə çalışan Suriya əsilli 35 miqrant yaxalandı.

418389
Yunanıstana keçmək istəyən Suriyalı qaçqınlar yaxalandılar

İzmir Polis İdarəsinin Qaçaqçılıq Cinayətləri İlə Mübarizə Şöbəsi Basmane bölgəsindən qısa aralarla hərəkət edən çox sayda özəl  taksilərin aldıqları əcnəbi əsilli şəxsləri Yenişehir səmtindəki Qida Bazarına apardıqları barədə məlumat aldı.

Qida Bazarından hərəkət edən və qaçqınları daşıyan mikroavtobusu saxlayan polislər Karşıyaka Serinkuyu qovşağının girişində əməliyyat keçirdilər.

Mikroavtobusda aralarında qadın və uşaqların da olduğu 35 suriyalı qaçqın yaxalandı.

Sürücü nəzarətə alındı, mikroavtobusda aparılan axtarış nəticəsində 29 xilas jileti, 6 halqa və 2 nasos ələ keçirildi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr