Davudoğlu AKP şəhər sədrlərinin ümumi iclasında çıxış etdi

Türkiyənin Ədalət və İnkişaf Partiyasının Sədri və Baş Naziri Əhməd Davudoğlu şəhərlərin, qəsəbələrin, tarlaların, terrordan təmizləyənə qədər mübarizənin qətiyyətlə davam edəcəyini bildirərək: "Terrrorun kökünü kəsəcəyik" dedi.

415937
Davudoğlu AKP şəhər sədrlərinin ümumi iclasında çıxış etdi

Əhməd Davudoğlu partiyasının mərkəzi idarəsində  keçirilən şəhər sədrlərinin ümumi iclasında etdiyi çıxışında seçki sonrası prosesi qiymətləndiridi.

AKP-nin yalnız üç şəhərdə deputat seçkilərində qalib olmadıqlarını xatırladan Davudoğlu: " İnşallah bu şəhərlərimizdə daha çox çalışaraq ən qısa zamanda təmsil hüququ qazanacağıq. Şırnak, Hakkari və Tuncelidə AK Partiyaya səs vermiş seçicilərimizə müraciət edirəm. Heç bir vəchlə təmsil edilmədiklərinii düşünməsinlər" deyə danışdı.

Əhməd Davudoğlu Türk qadınlarının izzətini və şərəfini qorumağın ən böyük vəzifələri olduğun vurğulayaraq: "Kim nə səbəblə olursa olsun hər hansı bir qadınımızı incitsə bilsin ki, o incidilmiş qadının  siyasi fikri nə olursa olsun onun yanındayıq, onu incidən kim olursa olsun, siyasi fikri nə olursa olsun, onun qarşısındayıq, Qadına qarşı zorakılıq, istər əməldə, istərsə dildə, Türkiyənin hər bir guşəsində bitirənə qədər mübarizəmizi davam etdirəcəyik" dedi.

Baş nazir Davudoğlu yeni dövrdə ən mühüm prioritetin yeni bir konstitusiya olduğuna işarə edərək, Türkiyəni onun demokratik ruhuna uyğun gəlməyən, çevriliş konstitusiyası ilə idarə etməyin mümükünsüzlüyünü vurğuladı.

Davudoğlu: "Qüvvələr ayrılığı prinsipinə, insan şərəfinə əsaslanan, azadlıqsevər bir konstitusiyaya böyük ehtiyacımız var. Türkiyənin dəyişmiş şərtlərinə uyğun yeni bir konstitusiya hədəfini bu dövrdə inşallah reallaşdıracağıq" deyə danışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr