Әminǝ Әrdoğan liderlǝrin xanımlarının şǝrǝfinǝ şam yemǝyi verib

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanın hǝyat yoldaşı Әminǝ Әrdoğan G20 Liderlǝr Zirvǝsindǝ iştirak etmǝk mǝqsǝdilǝ Türkiyǝdǝ olan liderlǝrin xanımlarının şǝrǝfinǝ şam yemǝyi verib.

417521

Yemǝk zamanı çıxış edǝn Әminǝ Әrdoğan Parisdǝ törǝdilǝn terror aktlarından dǝrin kǝdǝr duyduğunu bildirib vǝ terroru lǝnǝtlǝyib.
Qadın baxışının tǝsirli olduğu bir dünyada kin-nifrǝt vǝ toqquşmanın daha az olacağını vurğulayan Әrdoğan deyib ki, bu sǝbǝbdǝn qadınların qǝrar mexanizmlǝrindǝ daha çox yer alması üçün ǝmǝkdaşlıq etmǝliyik.
Suriyada yaşanan faciǝnin insanlığın şǝrǝfinǝ xǝlǝl gǝtirdiyini vurğulayan xanım Әrdoğan, Türkiyǝnin 2 milyon yarım suriyalını qonaq etdiyini söylǝyib.
Әminǝ Әrdoğan bildirib ki, onlara “qaçqın” ǝvǝzinǝ “qonaq” demǝyǝ üstünlük veririk.
“BMT başda olmaqla bütün dünya ölkələri Türkiyənin nümunə qonaqpərvərliyini təqdirlə izləyir. Ancaq təəssüf ki, bu yükü paylaşmaq məsələsində lazım olan səyləri göstərmir" deyǝ xanım Әrdoğan vurğulayıb.
Əminə Ərdoğan lider xanımları olaraq, qadınların və uşaqların zǝrǝr gördüyü mövzularda qlobal sǝviyyǝdǝ bu mǝsǝlǝyǝ diqqǝt çǝkǝ bilǝcǝklǝrini söylǝyib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr