Dünyanın 1-ci xanımları türk qəhvəsinin hazırlanması ilə tanış o

1-ci xanımlar əvvəlcə türk qəhvəsi stendində, qum ocağında qəhvənin hazırlanması prosesini izləyiblər.

417863
Dünyanın 1-ci xanımları türk qəhvəsinin hazırlanması ilə tanış o

Türkiyənin dövlət başçısı Rəcəp Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan G20 sammiti çərçivəsində Mədəniyyət və Turizm nazirliyi tərəfindən təşkil olunan, “G20 Home” bölümündə, müxtəlif ölkələrin 1-ci xanımlarını mədəniyyət nümunələri ilə tanış edib.
1-ci xanımlar əvvəlcə türk qəhvəsi stendində, qum ocağında qəhvənin hazırlanması prosesini izləyiblər.
Sonra dünya liderlərinin xanımları türk mətbəxinin ənənəvi ləzzətlərindən olan “mantı”nın hazırlandığı stendə baş çəkiblər.
Burada “mantı”nın hazırlanması və süfrəyə verilməsi ilə bağlı məlumat verilib. Sonra qonaqlar Türkiyənin adət-ənənələrini əks etdirən videonu izləyiblər.
Daha sonra “Gəl və eşit” adlı stendə baş çəkən xanımlar İstanbul tarixi türk musiqisi topluluğu ney ustası Bülent Özbeyin ifasında ney dinləyiblər. Xanım qonaqlar semavi rəqsləri izləyiblər.
“Әbru” sənəti ilə tanışlıq zamanı isə, əl işi olan “Әbru” Beynəlxalq Valyuta Fondunun başçısı Kristin Laqardın xanımına hədiyyə edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr