R.T.Ərdoğan G20 sammitinə ev sahibliyi edir

Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan G20 sammitinə ev sahibliyi edir.

366155
R.T.Ərdoğan  G20 sammitinə ev sahibliyi edir

Ərdoğan, zirvə toplantısı  üçün Antalyaya gələn Amerika Birləşmiş Ştatları Prezidenti Barak Obama ilə bir araya gəlib.
Görüşdə, Xarici İşlər Naziri Feridun Sinirlioğlu, ABŞ Dövlət Katibi Con Kerri, Maliyyə Naziri Mehmet Şimşek, Milli İsdihbarat Təşkilatı rəhbəri Hakan Fidan və AK Partiya millət vəkilləri Berat Albayrak ilə Binali Yıldırım  iştirak edir.
İki liderin görüşündə beynəlxalq terrorizm ilə mübarizə, Suriya problemi, miqrant böhranı kimi mövzülar müzakirə olunacaq.
Qeyd edək ki, iki liderin daha sonra mətbuata birgə açıqlama vermələri gözlənilir.
Görüşdən sonra Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan sammitin baş tutacağı mərkəzə gedəcək və G20 liderlərini qarşılayacaq.
Dövlət Başçısı Ərdoğan görüşlərinə Almaniya Kansleri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putin ilə davam edəcək.
Baş Nazir Əhməd Davudoğlu isə Almaniya Kansleri Angela Merkel, Səudiyyə Ərəbistanı Kralı Selman bin Əbdüləziz və Avropa İttifaqı Şurasının Sədri Donald Tusk ilə görüş keçirəcək.
Xatırladak ki, Parisdə törədilən terror aktı səbəbiylə Fransa Prezidenti Fransua Hollande sammitdə iştirak etməyəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr