Mǝsǝlǝ Әrdoğanın tǝklifi ilǝ gündǝmǝ daxil edildi

Qlobal terrorizm vǝ köç mǝsǝlǝsi dövlǝt başçısı Әrdoğanın tǝklifilǝ G 20 Sammitinin gündǝminǝ salınıb.

416267
Mǝsǝlǝ Әrdoğanın tǝklifi ilǝ gündǝmǝ daxil edildi

  Türkiyə Dövlǝt İcra Aparatının sözcüsü İbrahim Kalın TRT-nin proqramında çıxışı zamanı G 20 liderlǝrinin noyabrın 15-dǝ axşam yemǝyi vaxtı bu mǝsǝlǝləri müzakirǝ edǝcǝklǝrini deyib, tədbir ərəfəsində dövlət başçısı Әrdoğanın proqramının sıx olduğunu nəzərə çatdıraraq bazar günü sǝhǝrdǝn bazar ertǝsi nahardan sonraya qǝdǝr 6 iclas yığıncaq keçirilǝcǝyini bildirib.

  İ.Kalın deyib: “İkitǝrǝfli müzakirələr çǝrçivǝsindǝ dövlǝt başçımızın qonaq liderlǝrlǝ görüşlǝri olacaq. Obama, Putin, Merkel, Kemeron, Hindistan Baş naziri, Meksika, Koreya, Sinqapur kimi ölkǝlǝrlǝ yanaşı, BMT Baş katibi, Beynǝlxalq Valyuta Fondu, Dünya Bankı və Avropa İttifaqının sǝdrlǝrilǝ də söhbətlər olacaq.”

  G 20 Sammitində Çin ilǝ imzalanacaq iqtisadi müqavilǝ dǝ Türkiyǝyǝ üçün önǝmli bir sǝrmayǝ girişini təmin edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr