Əhməd Davudoğlu: "Terrorla mübarizə qətiyyətlə davam edəcək"

Türkiyənin Baş naziri Əhməd Davudoğlu terrorla mübarizənin qətiyyətlə davam edəcəyini dedi.

416562
Əhməd Davudoğlu: "Terrorla mübarizə qətiyyətlə davam edəcək"

Diyanət İşləri İdarəsinə gedən baş nazir çıxışda jurnalistlərin suallarını cavablandırdı.

Davudoğlu separatçı terror təşkilatı PKK-ya qarşı əməliyyatlarda böyük irəliləmələr olduğunu qeyd etdi.

Davudoğlu: " Bütün qəsəbələrimizdə və şəhərlərimizdə, yaşayış məntəqələrimizdə əmin-amanlıq qəti şəkildə bərqərar olanadək  bu işi davam etdirəcəyik" dedi.

Əhməd Davudoğlu iyulun 23-də sülh və əmin-amanlıq əməliyyatı başlayanda "əmin-amanlıq geri gələnə qədər mübarizə davam edəcək" dediyini xatırladaraq: "Heç kim Türkiyənin səbri ilə oynamasın" deyə danışdı.

Baş nazir Davudoğlu terror təşkilatı DAİŞ-ə qarşı quru əməliyyatları ilə bağlı verilən bir suala: "Türkiyəyə qarşı təhdid olan anda bir ölçü götürülür. Amma bu an üçün Türkiyənin quru əməliyyatları istiqamətində hər hansı bir hazırlığı yoxdur. Beynəlxalq cəmiyyət Suriya böhranının həllini tapmalıdır. Bu həll yolunda beynəlxalq cəmiyyətlə birlikdə Türkiyə öz vəzifəsini yerinə yetirir. Ancaq Türkiyəyə qarşı bir təcavüz olduğu təqdirdə,Türkiyə heç kimdən səlahiyyət almadan lazım olan tədbirləri görəcək" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr