TRT-də yeni layihə

TRT-nin son dövrdə həyata keçirdiyi cizgi film və animasiya layihəsi çərçivəsində Əskişəhərdə yerləşən "Anadolu Cizgi Film - Multiplikasiya" müsabiqəsi keçiriləcək.

415523
TRT-də yeni layihə

May ayında  keçirilməsi nəzərdə tutulan müsabiqənin təqdimat mərasimi olub.
Müsabiqəyə müraciət 2016-cı il 31 may tarixinədək mümkün olacaq və müsabiqə qaliblərinə müxtəlif pul mükafatları veriləcək.
Əskişəhər Valisi Güngör Azim Tuna müsabiqənin sərbəst mövzulu olacağını deyib. Multiplikasiya texnikasına, izahatına və bacarığına güvənən 18 yaşdan yuxarı hər kəsin müsabiqəyə dəvət edildiyini bildirən Güngör Azim Tuna I yer üçün 25 min, II yer üçün 20 min, III yerin qalibinə isə 15 min türk lirəsi təqdim olunacağını deyib.
Bursa Əskişəhər Bilecik İnkişaf Agentliyi ‘‘BEBKA’’ tərəfindən təşkil olunan müsabiqənin məqsədi cizgi film və animasiya sektoruna diqqəti artırmaqdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr