Türkiyǝ ilǝ ABŞ arasında ǝmǝkdaşlıq güclǝnir

İncirlik hərbi hava bazasına göndǝrilǝn F-15C tipli döyüş tǝyyarǝlǝri Türkiyǝnin hava mǝkanının qorunmasına dayaq olacaq.

414892
Türkiyǝ ilǝ ABŞ arasında ǝmǝkdaşlıq güclǝnir

ABŞ-ın Müdafiǝ Nazirliyi Türkiyǝnin Adana vilayǝtindǝ yerlǝşǝn İncirlik hərbi hava bazasına göndǝrilǝn F-15C tipli döyüş tǝyyarǝlǝrinin Türkiyǝnin hava mǝkanının qorunmasına dayaq olacağını bildirib.
Müdafiǝ Nazirliyinin nümayǝndǝsi Piter Kok açıqlamasında deyib ki, Türkiyǝ ilǝ hava ǝmǝliyyatları ilǝ yanaşı terror tǝşkilatı DEAŞ-a qarşı mübarizənin Türkiyǝnin sǝrhǝdlǝri boyunca fǝal şǝkildǝ aparılması ilǝ bağlı müzakirǝlǝr davam edir.
Kok İncirlik hərbi hava bazasına göndǝrilmǝsi planlaşdırılan 12 ədəd F-15 tipli döyüş tǝyyarǝsindǝn 6-nın ötən hǝftǝ göndǝrildiyini xatırlaradaq, bu tǝyyarǝlǝrin Türkiyǝnin hava mǝkanında patrul uçuşları hǝyata keçirǝcǝyini söylǝyib.
Pentaqonun nümayǝndǝsi 6 ədəd F-15 E tipli tǝyyarǝnin isǝ yaxın günlərdə İncirlik hərbi hava bazasına göndǝrilǝcǝyini ifadǝ edib.
Bu tǝyyarǝlǝrin isǝ DEAŞ ilǝ mübarizǝ çǝrçivǝsindǝ istifadǝ edilmǝsi planlaşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr