Davudoğlu TRT ekranından  gündəmə aid məsələləri dəyərləndirdi

Türkiyənin Baş Naziri Əhməd Davudoğlu TRT-də qatıldığı canlı yayımda son seçkilərin nəticələrini və ölkənin gündəminə aid digər məsələləri dəyərləndirdi.

414765
Davudoğlu TRT ekranından  gündəmə aid məsələləri dəyərləndirdi

Türkiyənin Baş naziri Əhməd Davudoğlu mövcud konstitusiyada Prezident və Baş Nazir vəzivəsi arasında hər an problem çıxarmağa nizamlanmış bir sistem olduğuna işarə edərək, dövlətin və demokratiyanın restovrasiya ediməsinin zəruriliyindən danışdı.

Davudoğlu yeni konstitusiya debatlarının yalnız prezidentlik institutu üzərindən aparılmasının da problemli olduğunu qeyd etdi.

Yeni konstitusiya Türkiyənin mədəni təcrübələrinə zidd olmamalı, eyni zamanda, ümumbəşəri dəyərlərə də uyğun olmalıdır  fikrini irəli sürən Baş Nazir: " Əvvəl bunun məzmununu həll edək, sonra mexanizmi, yəni siyasi sistem barədə danışarıq" dedi.

Bu prosesdə şəxsi münasibətlərin bir kənara qoyulması lazım olduğunun vurğulayan Davudoğlu illər keçdikdən sonra da gələcək nəsillərin qürur duyacağı bir konstitusiyanı birlikdə yazmağa dəvət etdi.

Hökuməti qurduqdan sonra yeni konstitusiya da daxil olmaq üzrə bütün məsələlər barədə danışmaq üçün müxalifət liderlərilə görüşmək istədiyini bildirən Davudoğlu, siyasi sistemlə əlaqədar yenidən müzakirələ ehtiyac olduğunu, konstitusiyanı mütləq rəhbərlik institutu kimi göstərməyin təhlükəli olduğunu bildirdi.

Davudoğlu bunları söylədi: " Ortada hər mərhələdə bəzi çətinlikləri olan, verdiyi üstünlükləri dəqiq şəkildə bildirməyən bir konstitusiya var. Prezident və baş nazirlik institutu arasında hər an problem çıxarmağa nizamlanmış bir sistem var. Dövlətin və demokratiyanın bərpa edilməyə ehtiyacı var. Yeni konstitusiya qarşımızda yeni perspektivlər açır. Necə bir konstitusiya nəzərdə tutacağıq? Dövlət yerinə insan deyən konstitusiyanı necə ortaya qoyacağıq? Bunları danışmaq və razılığa gəlmək lazımdır. Sonra da uyğun siyasi mexanizmi birlikdə yaradarıq".

Baş nazir Davudoğlu: "Bizim fikrimiz dəqiq müəyyən olunmuş, qüvvələrin ayrılığı prinsipinə əsaslanan bir prezidentlik sistemidir" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr