AFAD qaçqınlarla əlaqədar təlimlər keçəcək

Türkiyənin Nazirlər Kabineti yanında Təbii Fəlakətlər və Fövqəladə hallar İdarəsi- AFAD-ın qaçqınlarla əlaqədar fəaliyyətlərini Avropa heyranlıqla müşahidə edir.

414417
AFAD qaçqınlarla əlaqədar təlimlər keçəcək

Miqrant axınına çarə axtaran Qərb ölkələri əhali məsələləri ilə əlaqədar fəaliyyətlərində AFAD-dan dərs götürəcək.

Müraciət Türkiyənin də üzvü olduğu "Cənub-Şərqi Avropada Fəlakətlərə Hazırlıq və Onların Qarşısını Alma Təşəbbüsü" nün Bosniyadakı  toplantısında səsləndirildi.

Toplantıda Türkiyənin əldə etdiyi uğurlar AFAD rəhbərləri tərəfindən iştirakçılara çatdırıldı.

Bundan sonra on minlərlə insanı qarşılamaqda çətinlik çəkən ölkələrin nümayəndələri tərəfindən 2 milyondan çox qaçqına 5 ilə yaxındır ev sahibliyi edən Türkiyəyə təşkilatçılıq məsələləri ilə əlaqədar təlim keçmək üçün müraciətlər səsləndirildi.

AFAD üzvləri yeni ildən etibarən Makedoniya, Bolqarıstan, Xorvatiya, Albaniya, Sloveniya, Rumıniya, Bosniya və Herseqovina, Çernoqoriya və Serbiyada qaçqınları qarşılama, qəbul etmə və onalra yardım etmə və onların təhlükəsizliklərini təmin etmə kimi məsələrlə əlaqədar təlim keçəcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr