Zirvə toplantısında Suriya böhranı, qaçqın problemi və terrorizm

Türkiyə noyabrın 14-dən 17-dək Antaliyada ev sahibliyi edəcək Böyük İyirmilərin Zirvə toplantısında Suriya böhranı, qaçqın problemi və terrorizmlə bağlı məsələləri müzakirəyə çıxaracaq.

414050

Əsəd rejimi və terror təşkilatı ilə bağlı bu günə qədərki mövqeyində haqlı olan Türkiyə artıq məsələdə qərarlığını artıracaq.
Qərb ölkələri isə Türkiyənin xəbərdarlıqlarının əhəmiyyətini qavraya bilmədikləri üçün həlli çətinləşən Suriya böhranı və qaçqın probleminin məsuliyyətlisi mövqeyindədir.
Hökümət bütün bu faktorları nəzərə alaraq Böyük İyirmilərin Zirvə Toplantısında müttəfiqlərinə və digər qüvvələrə açıq mesaj verəcək.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ikitərəfli müzakirələrdə, lazım gələrsə toplatılarda tərəfdaşlarına “əgər əvvəldən Türkiyənin təklifləri diqqətə alınsaydı, Suriyadakı böhran və insan faciəsi bu nöqtəyə gəlməyəcək. DEAŞ və PKK kimi terror təşkilatları bu qədər güclənməyəcəkdir. Haqlı olduğumuz ortaya çıxdı. Bu saatdan etibarən yaşanacaqları tribunalardan izləməyəcəyik. Lazım gələn yerdə və zamanda müdaxilə edəcəyik. Öz işimizi özümüz görəcəyik” mesajını verəcək.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr