Yalçın Akdoğan, Şenol Göka və Şenol Kazancı Makedoniyada

Baş nazir müavini Yalçın Akdoğan Makedoniya Baş naziri Nikola Qruevski ilə görüşüb, sonra vaxtilə 542 il Osmanlı dövləti tərkibində olmuş paytaxt Skopyeni gəzib, tarixi Türk çarşısında olub.

364867
Yalçın Akdoğan, Şenol Göka və Şenol Kazancı Makedoniyada

  Yalçın Akdoğana TRT Baş direktoru Şenol Göka və Anadolu Agentliyinin Baş direktoru Şenol Kazancı da yoldaşlıq ediblər.

  Baş nazir müavini Y.Akdoğan Anadolu Agentliyinin (AA) Malay dilində xəbər yayımına başlaması və yeni mərkəzin açılması münasibətilə bu gün keçiriləcək mərasimdə də iştirak edəcək.

  Qeyd edək ki, xəbərlərini 9 dildə dünya ictimaiyyətinə çatdıran Anadolu Agentliyinin Makedoniyada bu gündən 10-cu dil olaraq fəaliyyətə başlayacağı Skopye Ofisi malay və alban dillərində xəbər mərkəzi olaraq çalışacaq.

  Maraqlananlar Anadolu Agentliyinin malay dilində olan xəbərlərini http://www.aa.com.tr/mk ünvanından təqib edə bilər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr