Türkiyədə "RomanTV" yayım həyatına başlayır

Türkiyə Qaraçılar Federasiyanın rəhbərlik etdiyi kanal 20 Noyabrda internet üzərindən test yayımına başlayacaq.

364262
Türkiyədə "RomanTV" yayım həyatına başlayır

Televiziya kanalı 5-6 ay içərisində də peykdən verilişlərə başlayacaq.

Mərkəzi İstanbul Ümraniyedə olan kanalın verilişləri Türkcə və Qaraçı dilində yayımlanacaq.

Roman kanalı həm Qaraçı mədəniyyətini düzgün tanıtmaq, həm də dövlət ilə millətin birliyinə töhfə vermək məqsədi güdür.

Türkiyə Qaraçılar Konfederasiyasının Baş Direktoru Əhməd Çokyaşar, qəzetdən sonra televiziya kanalının da yaranması ilə Türkiyədə Qaraçı açılımından sonra icmalarının əhəmiyyətli bir mövqe əldə etdiklərini vurğuladı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr