Atatürkün ölümünün 77-ci ildönümü ilə bağlı özəl görüntülər

Sabah Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 77-ci ildönümüdür.

414108
Atatürkün ölümünün 77-ci ildönümü ilə bağlı özəl görüntülər

Sabah Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 77-ci ildönümüdür.
Baş Qərargah Rǝisliyi Atatürkün ölümünün 77-ci ildönümü ilə bağlı özəl görüntülər paylaşıb.
Tarixi görüntülərdə o vaxtın dövlət başçısı İsmet İnönü 1939-cu ilin noyabrın 10-da saat 09-00-da Etnoqrafiya Muzeyinə gəlir.
Saat 09-05-də xatirəsi anılaraq 1 dǝqiqǝlik sükutla yad edilir.
Sonra minlərlə insan Atatürkün Etnoqrafiya Muzeyindəki müvəqqəti qəbrini ziyarət edirlər.
Bu xüsusi görüntülərdən əlavə Baş Qərargah Rǝisliyi Atatürkün əbədiyyətə qovuşmasının 77-ci ildönümü ilə əlaqədar müxtəlif afişalar da çap etdirib.
Digər tərəfdən Ulu Öndər Atatürkün əbədi uyuduğu Anıtqəbir, “Atatürkü Anma Günü” tədbirləri ilə əlaqədar sabah saat 20-30-a qədər ziyarət üçün açıq olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr