Sinirlioğlu: "PKK Türkiyədə kürdləri təmsil etmir"

Türkiyənin Xarici İşlər Naziri Firidun Sinirlioğlu: "demokratik siyasətdə silahlı təşkilata yer yoxdur" dedi.

411138
Sinirlioğlu: "PKK Türkiyədə kürdləri təmsil etmir"

Sinirlioğlu İraq Regional Kürd Rəhbərliyinin Ərbil şəhərində təşkil etdiyi "Orta Şərqin Gələcəyi" konfransında etdiyi çıxışda həll prosesində terror təşkilatının mövcudluğunun qəbulolunmaz olduğunu bildirdi.

Xoş məram və gözləntilərlə başlanılan prosesdə verilən sözlərin yerinə yetirilmədiyini qeyd edən Sinirlioğlu: " Biz həll prosesi ərzində hər zaman dialoqu davam etdirdik. PKK-nın verilən sözlərə əhəmiyyət vermədiyi ortaya çıxdı" ifadələrindən istifadə etdi.
Həll prosesinin tükənmədiyini, lakin durğunluq dövrünə girdiyini söyləyən Sinirlioğlu bütün tərəfləri qane edəcək demokratik həll yolunun tapılmasının zəruriliyini vurğuladı.

Türkiyənin Xarici İşlər Naziri PKK-nın kürdləri təmsil etmədiyini bildirərək: "PKK Türkiyədə terror törədən bir təşkilatdır. Bu təşkilat Türkiyədə heç bir şəkildə kürdləri təmsil etmir" dedi.

Sinirlioğlu İraq və Suriyadakı DEAŞ qruplaşmalarının Türkiyə üçün də təhdid olduğuna diqqət çəkərək, ölkəsinin bütün terror təşkilatlarının aradan qaldırılması yolunda cəhdlərinin davam edəcəyini və koalisiya qüvvələrinin bu istiqamətdə daha fəal mübarizə etməsinin zəruriliyini qeyd etdi.

Xarici İşlər Nazirinin konfransdan əvvəl Şimali İraq Regional Kürd Rəhbərliyinin lideri Məsud Bərzani və Baş Nazir Neçirvan Barzani ilə keçirdiyi görüşlərdə bölgədəki proseslər müzakirə edilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr