Davudoğlunun sədrliyi ilə təhlükəsizlik iclası keçirildi

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə Çankaya Köşkündə təhlükəsizlik məsələləri ilə əlaqədar iclas keçirildi.

363400
Davudoğlunun sədrliyi ilə təhlükəsizlik iclası keçirildi

İclasın gündəmində terror təşkilatlarına qarşı əməliyyatlar və 1 Noyabr parlament seçkiləri vardı.

Seçkidən sonra keçirilən ilk təhlükəsizlik iclasında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi, Baş Nazir Müavinləri və əlaqədar orqanların nümayəndələri iştirak etdilər.

İclasda 1 Noyabr parlament seçkilərində seçki təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər və təhlükəsizlik vəziyyəti qiymətləndirildi.

Baş nazir bu prosesdə göstərdikləri səylərə görə polisi, jandarmı və dövlətin digər əlaqədar orqanlarını təbrik etdi.

Təhlükəsizlik iclasında əsas müzakirə mövzusu terror təşkilatlarına qarşı keçirilən 3 ölçülü əməliyyatlar oldu.

Türkiyənin Oramar, İkiyaka və Dağlıca bölgələrinin terror təşkilatı nümayəndələrindən təmizlənməsində əldə olunan uğur və İraq sərhədi boyu həyata keçirilən əməliyyatlar barədə məlumatlar verildi. 

Baş nazir Davudoğlu  əməliyyatların qış şəraitində davam etdiriləsii üçün tapşırıq veridi.

İclasda Suriyada baş verən proseslər, sərhədin o tərəfində DEAŞ qruplaşmalarına qarşı aparılan əməliyyatlar və koalisiya qüvvələri ilə birlikdə aparılan əməliyyatlar da müzakirə olundu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr