Türkiyǝ Somalidǝki terror hadisǝsini pislǝyib

Türkiyə Somalinin paytaxtı Moqadişuda dövlət və hökumət rəsmilərinin qaldığı əs-Sahafi otelinin yaxınlığında 11 insanın ölümünə səbəb olan terror hadisəsini pisləyib.

406865
Türkiyǝ Somalidǝki terror hadisǝsini pislǝyib

Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada səhər saatlarında Moqadişuda Türkiyə səfirliyinin 300 metrliyində törədilən bu terror aktı pislənilib.
Hadisə nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralananlara isə şəfa dilənən açıqlamada Türkiyənin Somaliyə sabitlik və sülhün təmin olunması, eləcə də terrorla mübarizədə dəstək olacağı bildirilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr