Әdalǝt vǝ İnkişaf Partiyasının seçki qǝlǝbǝsi

Әdalǝt vǝ İnkişaf Partiyasının qǝlǝbǝsi müxtǝlif ölkǝlǝrdǝ dǝ sevinclǝ qarşılandı.

407491
Әdalǝt vǝ İnkişaf Partiyasının seçki qǝlǝbǝsi

Әdalǝt vǝ İnkişaf Partiyasının qǝlǝbǝsi müxtǝlif ölkǝlǝrdǝ dǝ sevinclǝ qarşılandı.
Brüssel, Berlin, Paris, Köln vǝ Prizrendǝ minlǝrlǝ insan küçǝlǝrǝ çıxaraq partiyanın seçki qələbəsini qeyd edib.
Belçikanın paytaxtı Brüsseldǝ türklǝr seçkinin nǝticǝlǝri elan ediləndən sonra sevinçlǝ kücǝlǝrǝ axışıblar.
Әllǝrindǝ Türk bayraqları, onlarla maşın karvanı ilə insanlar şǝhǝrdǝ bu qǝlǝbǝni qeyd ediblər.
Avropalı seçicilǝr tǝk bayraq vǝ tǝk vǝtǝn mesajı veriblǝr.
Avropada ǝn çox Türkün yaşadığı Almaniya vǝ Avstriyada da Әdalǝt vǝ İnkişaf Partiyasının seçki zǝfǝri qeyd olunub.
Berlindǝki tarixi Brandenburg qapısının qarşısında bir araya gǝlǝn Türklǝr seçkinin qələbə sevincini yaşayıblar. Almaniyanın Köln şǝhǝrindǝ dǝ yüzlǝrlǝ insan Әdalǝt vǝ İnkişaf Partiyasının bu qələbəsini qeyd etmǝk mǝqsǝdilǝ bir araya gǝlib.
Avstriyanın paytaxtı Vyanada yaşayan Türklǝr dǝ Әdalǝt vǝ İnkişaf Partiyasının qǝlǝbǝsini böyük ruh yüksəkliyi ilə qarşılayıblar.
Fransanın paytaxtı Parisdǝ də qələbə sevinci təmtəraqla qeyd olunub. Hətta Ədalət və İnkişaf Partiyasının tərəfdarı olan seçicilər ölkǝnin müxtǝlif şǝhǝrlǝrindǝ bir araya gǝlǝrǝk qǝlǝbǝ əhval-ruhiyyəsini birgə yaşayıblar.
Әdalǝt vǝ İnkişaf Partiyasının seçki qǝlǝbǝsi Bosniya vǝ Herseqovina ilǝ Kosovada da coşğu ilǝ qeyd olunub.
Sarayevoda yaşayan Türklǝr vǝ Bosniyalılar konvoylara qoşularaq Partiyanın seçki zǝfǝrini qeyd ediblǝr.
Şǝhǝr mǝrkǝzindǝ bir araya gǝlǝn Türklǝr vǝ Bosniyalılar Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan vǝ Baş nazir Әhmǝd Davudoğluna olan sevgilǝrini şüarlar sǝslǝndirǝrǝk bilıdiriblər.
Kosovada da Türklǝrin yaşadığı Prizren şǝhǝrindǝ bir araya gǝlǝn kütlǝ ǝllǝrindǝ Türkiyənin, eləcə də Әdalǝt vǝ İnkişaf Partiyasının bayraqlarını, o cümlədən Dövlǝt başçısı Әrdoğanın şǝkillǝrilǝ sevinc içǝrisindǝ şüarlar sǝslǝndirǝrǝk seçki zǝfǝrini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr