"1 Noyabr seçkiləri peşəkar bir şəkildə həyata keçirildi"

Türkiyəyə parlament seçkilərini izləmək məqsədilə gələn Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT-in müşahidəçiləri "1 Noyabr seçkiləri peşəkar bir şəkildə həyata keçirildi" dedilər.

408086
"1 Noyabr seçkiləri peşəkar bir şəkildə həyata keçirildi"

19 fərqli ölkədən 45 müşahidəçi 1 Noyabr seçkilərində seçki mühitini qiymətləndirmək istiqamətində fəaliyyət göstərdilər.

ATƏT müşahidəçiləri təşkil etdikləri mətbuat konfransında  seçkiləri: "1 Noyabr seçkiləri peşəkar bir şəkildə həyata keçirildi" şəklində qiymətləndirdilər.

Seçki nəticələrinə hər hansı bir etirazın olmamasından duyduqları məmnuniyyəti ifadə edən müşahidəçilər Türkiyə Mərkəzi Seçki Komissiyasının qərarlarının məhkəmə nəzarətinə tabe olmaması ilə əlaqədar tənqidi qeydlər etdilər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr