Daha 4 miqrant dənizdə boğularaq ölub

Egey dənizində qeyri-leqal yollarla Yunanıstanın Lesbon adasına getmək istəyən miqrantları daşıyan 3 qayıq batıb nəticədə 3-ü uşaq olmaqla 4 nəfər həyatını itirib, 100-dən çox miqrant isə xilas edilib.

406204
Daha 4 miqrant dənizdə boğularaq  ölub

Hadisə zamanı bölgədən keçən yük gəmisi miqrantları xilas edib və sahil mühafizə dəstələrinə xəbər verib.
Bölgəyə cəlb olunan sahil mühafizə dəstələri xilas edilən yaralı miqrantları Balıkesir Edremit xəstəxanasına çatdırıb.
Həyatını itirən 3-ü uşaq olmaqla 4 Əfqanıstan vətəndaşı ilə yaralılardan bəziləri Sivrice limanına aparılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr