Terrorla mübarizədə əsas məsələ vətəndaşın təhlükəsizliyidir

Türkiyənin Baş qərargah Rəisi General Hulusi Akar terrorla mübarizədə əsas məsələnin vətəndaşın təhlükəsizliyi olduğunu dedi.

404185
Terrorla mübarizədə əsas məsələ vətəndaşın təhlükəsizliyidir

Türkiyədə Prezident Sarayında keçirilən 29 Oktyabr Ziyafətinə qatılan General Akar verdiyi açıqlamada Türk Silahlı Qüvvələrinin vətəndaşlara zərər verməmək məsələsində çox həssas və diqqətli olduğunu bildirərək: "Bu həssaslıq  yalnız atəş açaraq mülki vətəndaşa zərər verməməyi deyil, həm də qabaqlayıcı tədbirləri əhatə edir" dedi.

Ordu generalı Akar  PKK-ya qarşı əməliyyatlar barədə ictimaiyyətin maarifləndirilməsinə də böyük əhəmiyyət verdiklərini vurğuladı.

Doğru məlumat vermək məcburiyyətində olduqlarını, bütün əlaqədar orqanların bunu xətasız etmək üçün cəhd etdiklərini ifadə edən General Akar: " Əhatəli məlumat verməyə çalışırıq. Bizim verdiyimiz hər açıqlamanın cəmiyyətə, bazarlara, beynəlxalq əlaqələrə təsirləri ola bilir" deyə danışdı.

Türkiyənin Baş qərargah Rəisi məlumatların geç verildiyi barədə iddialarla bağlı olaraq da,  əllərində dəqiq məlumat olmadan açıqlama vermədiklərini bildirdi.

Ordu generalı Akar  əməliyyatlarda şəhid əsgər sayının gizli tutulması ilə bağlı olaraq da, belə bir şeyin mümkün olmadığını vurğuladı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr