Türkiyədə könüllü vəkillik xidməti olacaq

Bir çox ölkələrdə tətbiq olunan Pro-Bono, yəni Cəmiyyət Xeyrinə Vəkillik Xidməti Türkiyədə də başlayacaq.

359120
Türkiyədə könüllü vəkillik xidməti olacaq

TürkiyəninBaş naziri Əhməd Davudoğlunun açıqladığı 2015-ci il Yeni Məhkəmə İslahatı Strategiyasının əsas elementlərindən biri olan layihə ilə könüllü vəkillik başlayacaq.

 Vəkil tutmaq üçün maddi imkanı olmayan şəxslərin məhkəmə işlərində vəkillik haqqı tələb edilməyəcək.

Layihəni həyata keçirmək üçün dünya ölkələrinə aid nümunələri tədqiq edən Türkiyə Ədliyyə Nazirliyi vəkillərdən könüllü olaraq müəyyən olunan müddətlərdə cəmiyyətin xeyrinə işləməyi tələb edəcək.

Layihənin əsas məqsədi ədliyyə xidmətlərindən istifadənin asanlaşdırılmasıdır.

 Baş nazir Əhməd Davudoğlu da, yeni məhkəmə islahatı strategiyasını açıqlayarkən prioritetlərin mühakimə obyektivliyinin və müstəqilliyinin gücləndirilməsi, məhkəmənin daha sürətli və səmərəli işinin təmin edilməsi olduğunu bildirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr