Baş nazir: "Gǝnclǝrimizǝ hǝr cür imkan tǝmin edilǝcǝk"

Baş nazir Əhməd Davudoğlu, İstanbulda xüsusi bir radionun canlı verilişindǝ, gənclərin sosial media üzərindən ünvanladıqları sualları cavablandırıb.

399050
Baş nazir: "Gǝnclǝrimizǝ hǝr cür imkan tǝmin edilǝcǝk"

Onlardan, özləri, ölkələri, ailələri və insanlıq üçün çox gözəl hədəflər, ideallar mǝnimsǝmǝlǝrini istǝyib.
"Yüksǝk hǝdǝflǝriniz olsun, dürüst olun. Üzünüzdən təbəssümü əskik etməyin, təbəssüm və gözəl kǝlamla bütün qapıları açmaq mümkündür deyǝn Baş nazir Davudığlu, Gənclərə istiqamətli hǝyata keçirilǝn vǝ ya hazırlıq mǝrhǝlǝsindǝ olan layihələr barədə məlumat verib. Ölkǝdǝ internetin pulsuz olacağını, ikinci universitetə qəbul edilǝnlǝrǝ yataqxana imkanı təmin edəcəklərini, gənclərdǝn pasport üçün tǝlǝb edilǝn ödǝnişi lǝğv edǝcǝklǝklǝrini, THY-nin gənclərǝ endirimli bilet satacağını, iş hǝyatına qǝdǝm qoyacaq gənclərə layihələrinə görə kredit imkanı təmin edəcəklərini” vurğulayıb.
Baş nazir Davudoğlu ǝsgərlik xidmǝti mövzusu ilǝ bağlı hökümǝtin yeni planlarının olub olmadığına dair bir suala isǝ, “Hazırda bununla bağlı işlǝr aparılmır. Lakin seçkidən sonra Türkiyənin təhlükəsizlik sistemi vǝ əsgərlik xidmǝti ilǝ ǝlaqǝdar ǝhǝmiyyǝtli addımlar atılacaq. Xaricdə yaşayanlardan əsgərlik xidmǝti qarşılığında tǝlǝb edilǝn 6 min avro ödǝniş, min avroya düşürülǝcǝk” deyib.
Həll prosesiylǝ əlaqədar suallara da cavab verǝn Davudoğlu, proses hazırda dayandırılıb. Ancaq bu, prosesdǝn imtina editdiyimiz mǝnasını vermǝmǝlidir. Həll prossesindǝn vǝ vətəndaşlarımızın demokratik haqqlarından güzəştə getmiyǝcǝyik. Lakin PKK, DEAŞ və DHKP-C kimi xalqın dincliyini, ictimai asayişi pozan terror tǝşkilatlarına qarşı mübarizǝ davam edǝcǝk, İctima nizamı pozanlar cəzalandırılacaq. Ədalətə təslim ediləcək” deyǝ qeyd edib.
Baş Nazir Davudoğlu, 1 noyabrda parlamentǝ keçirilǝcǝk seçkilǝrdǝ millǝtin AKP-yǝ tǝk başına iqtidar olma sǝhasiyyǝti verǝcǝyinǝ inamının tam olduğunu da sözlǝrinǝ ǝlavǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr