Xarici işlər naziri Ferudin Sinirlioğlunun Vyanada görüşləri baş

Sinirlioğlunu dövlət başçısı Hayns Fişer qəbul edib.

396500
Xarici işlər naziri Ferudin Sinirlioğlunun Vyanada görüşləri baş

Avstriyaya rəsmi səfərə gedən xarici işlər naziri Ferudin Sinirlioğlu Vyanada görüşlərinə başlayıb.
Sinirlioğlunu dövlət başçısı Hayns Fişer qəbul edib.
Sinirlioğlu bu ölkədə 1975-1984-cü illərdə ASALA-nın terror hücumları zamanı şəhid olan türk diplomatlar üçün Vyanadakı Türkiyə səfirliyinin hasarına vurulacaq xatirə lövhəsinin açılış mərasiminə də qatılacaq.
Nazir Sinirlioğlu cümə günü keçiriləcək görüşlərdə Suriya məsələsini də müzakirə edəcək.

Ferudin Sinirlioğlu Suriyada siyasi həll üçün ABŞ Rusya, Səudiyyə Ərəbistanı və İordaniya xarici işlər nazirləri ilə bir araya gələcəklər.
Avstriyanın xarici işlər naziri Sebastian Kurz ötən ay Nyu-Yorkda BMT-nin baş assambleyasının ilk iclasında Suriya ilə bağlı görüşlərin Vyanada gerçəkləşməsi təklifini vermişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr