Mehmet Görməz Məhərrəm ayı münasibətilə  xalqa müraciət etdi

Türkiyənin Diyanət İşləri Başqanı Professor Mehmet Görməz Məhərrəm Ayı və Kərbəla Müsibəti ilə əlaqədar Türkiyə xalqına müraciət etdi.

396852
Mehmet Görməz Məhərrəm ayı münasibətilə  xalqa müraciət etdi


Müraciətində Kərbəlada baş verənlərdən çıxarılacaq dərslər olduğunu bildirərək qardaşlığa vurğu edən Görməz: "Bu gün yeni Kərbəlaların baş verməməsi üçün hər növ qütbləşməni bir tərəfə qoyaraq qardaşlarımıza ürəklərimizi açmalı, daha sıx birləşməliyik" dedi.

Diyanət İşləri Başqanı Görməz müraciətində Kərbəla Müsibətinin Müsəlmanların ortaq hafizəsində yerləşən böyük bir yara olduğunu bildirərək :" Kərbəla bir ayrılık-seçkilik deyil, bir birlik, bərabərlik və qardaşlıqdır" dedi.

Ortaq dəyərlərimizi ucaltma və bütün dünyaya qardaş olduğumuzu elan etmə vaxtı olduğunu vurğulayan Görməz: "İndi imam Hüseyn kimi bir davranış ortaya qoyaraq zülmü bəsləyənlərə və zoraklığı qızışdıranlara dayan demək vaxtıdır" deyə danışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr