Dövlǝt başçısı Әrdoğan qǝrbli ölkǝlǝrin sǝssiz qalmasını tǝnqid

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Dövlǝt başçısı Әrdoğan nin başladığı gündǝn bǝridir 366 min nǝfǝrin öldüyünü bildirǝrǝk qǝrbli ölkǝlǝrin baş verǝnlǝr qarşısında sǝssiz qalmasını tǝnqid edib.

394692
Dövlǝt başçısı Әrdoğan qǝrbli ölkǝlǝrin sǝssiz qalmasını tǝnqid

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Suriyada vǝtǝndaş müharibǝsinin başladığı gündǝn bǝridir 366 min nǝfǝrin öldüyünü bildirǝrǝk qǝrbli ölkǝlǝrin baş verǝnlǝr qarşısında sǝssiz qalmasını tǝnqid edib.
Paytaxt Ankarada tǝşkil edilǝn “BMT Sǝhralaşma ilǝ Mübarizǝ 12.ci Tǝrǝflǝr Konfransı”nda çıxış edǝn Әrdoğan Suriya mǝsǝlǝsinǝ diqqǝt çǝkǝrǝk bildirib ki, beynǝlxalq ictimaiyyǝt Suriyada 366 min dinc sakin qǝtlǝ yetirilǝrkǝn, insanlığın ortaq irsi olan tarix, maddi vǝ mǝnǝvi ünsürlǝrilǝ mǝhv edilǝrkǝn baş verǝnlǝrǝ sadǝcǝ tamaşa edir.
Beynǝlxalq ictimaiyyǝtin bu mǝsǝlǝdǝ yaxşı bir imtahandan çıxa bilmǝdiyini bildirǝn Әrdoğan qeyd edib ki, qǝrbli ölkǝlǝr üçün ǝn ǝsas haqq olan “yaşamaq haqqı” az tǝrǝqqi etmiş ölkǝlǝr üçün dǝ lazım deyilmi? Hal-hazırda hǝr kǝsǝ tǝsir göstǝrǝn qlobal ǝsas sǝbǝb insanın ǝtrafına biqanǝlǝşmǝsidir. “Türkiyǝ ekologiyaya dair siyasǝtlǝrini dünya standartlarına uyğunlaşdırıb. Vicdanların ǝtrafında baş verǝnlǝrǝ biqanǝ olduğu bir dünyada torpağın sǝhralaşmasının qarşını almaq qeyri-mümkündür”, -deyǝ Әrdoğan vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr