Angela Merkel prezident Rəcəb Tayyip Ərdoğan ilə görüşüb

Merkel ilǝ Ərdoğan arasındakı danışıqlardan sonra mǝtbuat konfransı tǝşkil edilib.

393734
Angela Merkel prezident Rəcəb Tayyip Ərdoğan ilə görüşüb

Prezident Rǝcǝb Tayyıb Ərdoğan Almaniya kansleri Merkel ilǝ bir araya gǝldikdǝn sonra keçirilən mətbuat konfransında, “Əsas müzakirə mövzusu terrora qarşı mübarizə olduğunu bildirib. Prezidenti sözlǝrinǝ görǝ önəmli müzakirələrdən biri də, Türkiyǝnin Avropa İttifaqına tam hüquqlu üzvlük mövzusu vǝ qaçqınların Türkiyədəki durumu, mǝhz onların Qərbə axını ilə bağlı olub.
Ərdoğan görüşdə “terror təşkilatlarına qarşı birgə hərəkət etməyin lazımlılığı” barədə də danışdıqlarını qeyd edib.
Merkel də öz növbəsində Türkiyənin bu günə qədər 2 milyondan artıq qaçqın qəbul etdiyini xatırladıb. O deyib ki, qaçqın axınının artacağını, bu axının Türkiyə üzərindən Avropa İttifqına da yönələcəyini görmək mümkündü. “Bu məsələdə Türkiyənin yükünü mütləq birlikdə üstlənməyin lazım olduğunu qeyd edirik”.
Merkel, Ərdoğan ilə növbǝti dǝfǝ, Antaliyada baş tutacaq G20 zirvə toplantısında danışacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr