R.T. Ərdoğan jurnalistlərin suallarını cavablandırıb

Prezident R.T. Ərdoğan, Şimali Kıbrıs Türk Respublikası Prezidenti Mustafa Akıncı ilǝ bir araya gǝlib.

393563
R.T. Ərdoğan  jurnalistlərin suallarını cavablandırıb

Prezident Akıncı tǝrǝfindǝn verilǝn ziyafǝtǝ qatıldıqdan sonra mətbuat nümayəndələrinin sullarını cavablandıran Prezident Әrdoğan, Suriya sərhədində pilotsuz hava aparatının vurulması ilə bağlı "Rusiya aparatın onlara məxsus olmadığını bildirib. Başqaları da bizə aid deyil deyib lakin araşdırmalarımız davam edir. Tədqiqlər nəticəsində aparatın kimə məxsus olduğu aşkarlanacaq deyǝ vurğulayıb.
Ankarada törədilən xain terror hücumuna da toxunan Әrdoğan, istindaqın davam etdiyini vǝ çox ǝsaslı mǝlumatlara çatıldığını, ancaq məsələ ilə bağlı prokurorların sǝylǝrinin davam etdiyini, qıssa müddǝtdǝ hǝr şeyin aydınlaşdırılacağını deyib.
Mətbuat nümayəndəsinin "Dağlıcadan üç şəhid xəbəri gəlib" sualına Әrdoğan, şəhid əsgərlərdən birinin batalyon komandiri olduğunu, Daxili İşlər Naziri Selami Altınokdan ǝtraflı mǝlumat aldığını, ǝmǝliyyat zamanı 17 terrorçunun zərərsizləşdirildiyi bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr