Türkiyənin yeni rabitə peyki TÜRKSAT 4 B artıq orbitdə

Peyk 16 oktyabr Türkiyə saatı ilə 23.40-da Qazaxıstanın Baykonur Mərkəzindən müvəffəqiyyətlə havaya buraxılıb.

393411
Türkiyənin yeni rabitə peyki TÜRKSAT 4 B artıq orbitdə

  TRT Haber-in xüsusi buraxılışında Baş nazir Əhməd Davudoğlu "İlk siqnalın sülh və qardaşlıq çağırışı olmasını arzulayırıq" deyib.

  Ankaranın Gölbaşı qəsəbəsində yer alan peyk stansiyasında Nəqliyyat, Dənizçilik və İnformasiya naziri Feridun Bilgin canlı yayım vasitəsilə Baş nazirə bir-birinin ardınca məlumat verib.

  Qeyd edək ki, peyk səmaya göndərildikdən sonra onun yerləşmə və orbit testləri prosesi 45 gün zaman lazım alır.

  Türksat 4 B rabitə peyki vasitəsilə kanalların həcmi yüksəldiləcək, internetin sürəti artacaq, qiymətlər isə aşağı düşəcək. Avropa, Asiya, Afrika, Yaxın Şərq və türk soylu respublikalar da peykin əhatə dairəsində olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr