Ərdoğan terror hücumunun araşdırılması üçün tapşırıq verdi

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada şənbə günü həyata keçirilən terror hücumunun araşdırılması üçün Dövlət Nəzarət Kabinetinə tapşırıq verdiyini açıqladı.

392067
Ərdoğan terror hücumunun araşdırılması üçün tapşırıq verdi


Ərdoğan rəsmi səfərlə Türkiyədə olan Finlandiyalı həmkarı Sauli Niinistö ilə təkbətək görüşdükdən sonra birgə mətbuat konfransı keçirdi.

Prezident Ərdoğan Ankara Dəmiryolu Vağzalında baş verən və 97 nəfərin ölümü ilə nəticələnən təcavüzün Türkiyəyə qarşı edildiyini, hədəfin Türkiyə və Türk xalqı olduğunu dedi.

Ərdoğan: “ Sadəcə maşalar deyil, onları istifadə edən qüvvələr də mütləq ortaya çıxarılmalıdır. Ankara təcavüzü haqqında Dövlət Nəzarət Kabinetinə tapşırıq verdim, fərqli bir prizmadan öyrənmələrini istədim. Hücumla bağlı heç bir ehtimalın göz ardı edilməməsi lazım olduğunu düşünürəm" deyə danışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr