Mağaraların içini havadan vuracaq bomba düzəldildi

Elm, Sənaye və Texnologiya naziri Fikri İşık Türkiyənin dünyada ən uğurlu iki başlıqlı nüfuzedici bomba çıxardığını söyləyib:

392404
Mağaraların içini havadan vuracaq bomba düzəldildi

  "Bundan sonra terror təşkilatları düşünsün. Hava bombardmanı olduğu zaman “Mağarama girərəm, sonra çıxaram" deyə bir şey olmayacaq. Nüfuzedici bombanın birinci başlığı 2 metr qalınlığındakı betonu dələ bilir, ikinci başlığı isə dəlinən divarın arxasındakı hədəfi vurur. Artıq terrorçular mağarada belə əmniyyətdə olmayacaq".

  Müdafiə sənayesi layihələri haqqında da məlumat verən Fikri İşık əl qumbarası təsbiti və məhvinə dair də işə başlanıldığını söyləyib: "Yeni layihə bomba, mina, tələ və əl qumbaralarını uzaqdan təsbit və məhv edə biləcək.”

  Fikri İşık onu da bildirib ki, “Bununla da Türkiyə F 35 təyyarələrinə ABŞ-dan sonra ilk dəfə olaraq silah montajı edən ölkə olub”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr