Əhməd Davudoğlu Əziz Sancarı təbrik edib

İsveç Kral Elm Akademiyası tərəfindən kimya üzrə Nobel mükafatına layiq görülən türkiyəli alim Pr. Dr. Əziz Sancar "Bu mükafat xüsusilə Türkiyə üçün çox əhəmiyyətlidir.

389458
Əhməd Davudoğlu Əziz Sancarı təbrik edib

Mükafata layiq görülməkdən şərəf duyuram. Heç gözləmirdim, cox təəccübləndim’’ deyə bildirib. Nobel Media Mərkəzinin rəsmisi Adam Smitin suallarını cavablandıran Sancar, “layiq görüldüyünüz mükafatla bağlı Türkiyədə də təntənəli mərasimlər olacaqmı?” sualına ‘‘Bəli, güman edirəm olacaq. Nobel mükafatını nə vaxt alacaqsan, deyə illərdir soruşurdular. Ölkəm adına da fəxr edirəm’’ deyə Sancar qeyd edib. Ailəsinə, ana vətəni Türkiyəyə və işlərini davam etdirdiyi ABŞ-a minnətdar olduğunu qeyd edən Sancar, "Bu mükafat xüsusilə Türkiyə üçün çox əhəmiyyətlidir’’ deyib. Baş nazir Əhməd Davudoğlu İsveç Kral Elm Akademiyası tərəfindən kimya üzrə Nobel mükafatına layıq görülməsi münasibətilə Sancarı təbrik edib. Davudoğlu şəxsi Twitter hesabından verdiyi açıqlamada Nobel mükafatı alaraq hamımızı qürurlandıran cənab Əziz Sancarı ürəkdən təbrik edirəm. Az əvvəl telefon vasitəsilə də təbriklərimi şəxsən bildirdiyim Sancara uğurlarının davamını diləyirəm" deyə yazıb. Qeyd edək ki, Sancarın zərər görən DNT hüceyrələrinin bərpası ilə bağlı mexanizmləri aşkara çıxaran işi ilə Nobel mükafatına layiq görülüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr