Türkiyənin Washington səfiri Sərdar Kılıç terrordan danışdı

Türkiyənin Washıngton səfiri Sərdar Kılıç, Türkiyənin vətəndaşlarını müdafiə etmək və ictimai asayişi təmin etmək üçün son dövrdə aldığı tədbirlərin əsas səbəbinin terror təşkilatı PKK-nın hərəkətləri olduğunu dedi.

388992
Türkiyənin Washington səfiri Sərdar Kılıç terrordan danışdı


Sərdar Kılıç Washıngton Post qəzetində Sentyabrın 30-da dərc olunan qərəzli baş məqaləyə, həmın qəzetdə dərc olunan "Türkiyə haqqında terror təbliğatını təkrarlamaq" adlı yazısıyla cavab verdi.

Türkiyə səfiri  PKK-nın iyul ayında həll prosesini dayandırdığını elan etdiyini və iki polis məmurunun şəhid edilməsi hadisəsini üzərinə götürdüyünü xatırladaraq, o zamandan 29 sentyabra qədər keçən müddətdə Türk təhlükəsizlik qüvvələrindən 130 nəfərin terror təşkilatı tərəfindən şəhid edildiyini, 43 nəfərin PKK aksiyalarında həyatını itirdiyini, 536 təhlükəsizlik qüvvələri işçisinin və 288 mülki vətəndaşın yaralandığını qeyd etdi.

Sərdar Kılıç:" Beynəlxalq ictimaiyyət ayrı-seçkilik etmədə bütün terrorçuları məğlub etməyi hədəfləyən mövqe sərgiləmədiyi müddətcə, regionda və ondan kənarda sülh və sabitliyin təmin edilməsi mümkün olmayacaq" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr