Nusaybin qəsəbəsində terrorçularla mübarizə
Türkiyədə Nusaybin qəsəbəsində küçəyə çıxma qadağası ərzində həyata keçirilən əməliyyatlarda terror təşkilatı PKK üzvü olan 21 terrorçu zərərsizləşdirildi.
350768
Əməliyyatlarda 3 PKK-çı da yaxalandı.
Valilikdən verilən məlumata görə, Nusaybin qəsəbəsində oktyabrın 1-dən etibarən tətbiq olunmağa başlanan və oktyabrın 6-da saat 06.00da sona çatan küçəyə çıxma qadağasında ictimai asayişin təmin edilməsi, terrorçuların zərərsizləşdirilməsi, qəsəbədəki xəndək və barrikadaların götürülməsi və axtarılan şəxslərin yaxalanması üçün əməliyyat keçirildiyi bildirildi.
Əməliyyatlarda 2 min 800 kiloqram partlayıcı ələ keçirildi və məhv edildi.
Bu müddətdə terrorçular küçəyə çıxan 2 vətəndaşı qətlə yetirdilər.