Ankarada tǝhlükǝsizlik mǝsǝlǝsi müzakirǝ edilib

Ankarada Baş nazir Әhmǝd Davudoğlunun başçılığında Çankaya köşkündǝ tǝhlükǝsizliyǝ dair yığıncaq keçirilib.

350247
Ankarada tǝhlükǝsizlik mǝsǝlǝsi müzakirǝ edilib

Suriya sǝrhǝdindǝ rus döyüş tǝyyarǝlǝrinin Türkiyǝnin hava mǝkanını pozması ilǝ başlayan proses davam edǝrkǝn Ankarada Baş nazir Әhmǝd Davudoğlunun başçılığında Çankaya köşkündǝ tǝhlükǝsizliyǝ dair yığıncaq keçirilib.
Yığıncağa Baş nazirin müavinlǝri Yalçın Akdoğan, Tuğrul Türkeş, Әdliyyǝ naziri Kǝnan İpǝk, Daxili İşlǝr naziri Sǝlami Altınok, Baş Qǝrargah rǝisinin sǝdr müavini Yaşar Gülǝr, ordu komandirlǝri, Milli Kǝşfiyyat Tǝşkilatının rǝhbǝri Hakan Fidan, Polis İdarǝsinin rǝhbǝri Cǝlalǝddin Lǝkǝsiz vǝ ǝlaqǝdar bürokratlar qatılıb.
3 saat çǝkǝn toplantıdan sonra Baş Nazirlikdǝn yazılı açıqlama verilǝrǝk bildirilib ki, yığıncaqda Suriyadakı mövcud proses, Türkiyǝ-Suriya sǝrhǝdindǝki hava mǝkanın pozulması da daxil olmaqla ǝtraflı şǝkildǝ müzakirǝ edilib. Bundan sonra sǝrhǝd mǝntǝqǝsindǝ yenidǝn belǝ bir hadisǝ yaranacağı tǝqdirdǝ atılacaq addımlar dǝyǝrlǝndirilib.
Suriya vǝ İraq ǝrazilǝrindǝn Türkiyǝyǝ istiqamǝtli terror tǝhdidi ilǝ ölkǝ daxilindǝ davam edǝn terrorla mübarizǝ ǝmǝliyyatlarında atılan addımlar da ǝtraflı şǝkildǝ müzakirǝ olunub.
Baş Nazirliyin açıqlamasında NATO Şurasında keçirilǝn görüşlǝr ilǝ daha sonra Türkiyǝ ilǝ hǝmrǝylik ifadǝ edǝn açıqlamaların mǝmnunluqla qarşılandığı da qeyd edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr