16 türkiyəli işçi vətənə gətirilir

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İraqda azad edilən 16 türkiyəli işçini Türkiyəyə gətirmək üçün təyyarə göndərir.

348098
16 türkiyəli işçi vətənə gətirilir

  Ərdoğan azad edilən işçilərdən 2-si ilə də telefonda danışaraq “keçmiş olsun” deyib.

  İraqda qaçırılan 16 türkiyəli işçi 28 gün sonra səhər sərbəst buraxılıb. İşçiləri Türkiyənin Bağdad üzrə səfiri Faruk Kaymakçı təhvil alıb. Beləliklə, 18 işçinin hamısı azad olub.

  Xatırladaq ki, paytaxt Bağdadda bir tikinti firmasında çalışan türkiyəli işçilər silahlı bir qrup tərəfindən qaçırılmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr