"Kandilin şəhərlərlə əlaqəsi kǝsildi": Ə. Davudoğlu

354491
"Kandilin şəhərlərlə əlaqəsi kǝsildi": Ə. Davudoğlu


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılacaq Baş nazir Əhməd Davudoğlu, Nyu-Yorkda Türk jurnalistlərin suallarını cavablandırıb.
Terrorla mübarizədə böyük uğur əldə etdiyini ifadə edən Davudoğlu əməliyyatlar nəticəsində Kandilin şəhərlərlə əlaqəsinin kəsildiyini bildirib.
Davudoğlu, Diyarbakırdan qaçırılan bir qrup gəncin Kandil dağlarına çatması, orada tǝlim keçib Türkiyəyə geri dönməsi də mümkün deyil” deyə bildirib.
Baş nazir miqrant probleminə həll çərçivəsində etibarlı bölgənin təsis ediləcəyi təqdirdə Suriyada 100 min nəfərlik 3 şəhər qura biləcəklərini ifadə edib.
Bu şəhərlərin yalnız etibarlı bölgənin yaradılmasıyla qurula biləcəyini vurğulayan Baş nazir, Avropa İttifaqından 1 milyard avroluq yardım təklifi gəldiyini bildirib.
Davudoğlu, “Maliyyə dəstək fondları var və pulu həmin fondlardan vermək istəyirlər. Bunu qəbul etmək istəmirik. Bizə iştirak müddətində ayırmalı olduqları pulu kömək kimi təqdim edirlər” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr