Davudoğlu Merkel ilǝ bir görüşüb

Baş nazir Əhməd Davudoğlunun ABŞ-na sǝfǝri davam edir.

354135
Davudoğlu Merkel  ilǝ bir görüşüb

Davudoğlu ABŞ-na səyahətinin ikinci günündə liderlərlə bir araya gǝlib.
Baş nazir, ilk olaraq Nyu-Yorkda sǝfǝrdǝ olan Almaniya kansleri ilə görüşüb. İki lider arasında baş tutan görüşdǝ immiqrant problemi vǝ terrora qarşı mübarizǝ ǝsas müzakirǝ mövzusu olub.
Türkiyənin terrorun maliyyǝ qaynaqlarının qurudulması mövzusundakı tǝlǝblǝrinin sǝslǝndirildiyi görüşdǝ Suriya mǝsǝlǝsi vǝ iki ölkə arasında nazirlər səviyyəsində yaradılması planlaşdırılan iş qrupu kimi mövzular tǝhlil edilib.
Xarici İşlər Naziri Feridun Sinirlioğlu və Milli Kəşfiyyat Təşkilatı (MİT) başçısı Hakan Fidanın da iştirakı ilǝ baş tutan danışıqlardan sonra, Baş nazir Davudoğlu, Fələstin Dövlət başçısı Mahmud Abbas vǝ Seneqal prezidenti Mack Sall ilə bir araya gǝlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr