"Terrora qarşı ortaq blok yaradılmalı"

Prezident Rəcəb Tayyib Ərdoğan, İstanbul Tarabyadaki Sarayda CNN International televiziyasına verdiyi açıqlamada terrora qarşı mübarizənin zǝmlǝ davam edǝcǝyini vurğulayıb.

343071
"Terrora qarşı ortaq blok yaradılmalı"

Terror təşkilatı PKK-nı,n hǝll prosesinin davam etdiyi müddǝd ǝrzindǝ silahlanmaqda davam etdiyini ifadǝ edǝn prezident Rǝcǝb Tayyıb Ərdoğgan, Türkiyǝ ordusunun DEAŞ, PKK və DHKP / C terror təşkilatlarına qarşı mübarizǝsi çǝrçivǝsindǝ minlǝrlǝ quldurun zǝrǝrsizlǝşdirildiyini qeyd edib.
Terrora dǝstǝk verǝn siyasi partiyanın bilindiyinǝ işarǝ edǝn prezident, terrorun qarşısında olan siyasi partiyalar əl-ələ verərək bir blok yaradmalıdır deyib.
1 Noyabrda keçirilǝcǝk parlament seçkilǝrinǝ dǝ toxunan prezident Ərdoğgan, şərtlər hǝr nǝ olursa olsun seçkinin elan edilǝn tarixdǝ baş tutacağını bildirib. Hakkarinin Yüksekova qǝsǝbǝsinin Dağlıca bölgəsindǝ terror tǝşkilatının hǝyata keçirdiyi xain hücumun qisasının alınacağını vurğulayıb. Türkiyənin bölgədə həm DEAŞ həm də PKK terror tǝşkilatına qarşı mübarizǝ etdiyini xatırladan Ərdoğan, prioritetin PKK olduğunu və bu sparatçı terror tǝşkilatına qarşı mübarizənin davam edǝcǝyini, Avropa ölkələrinin Türkiyəyǝ terrora qarşı mübarizə mövzusunda lazımlı dǝstǝyi vermǝdiyini, terror təşkilatı üzvlərinə Avropa şəhərlərində sığınma imkanı yaradıldığını qeyd edib.
Qərbin vaxtında lazımlı tǝdbirlǝri görmǝmǝsi sǝbǝbi ilǝ Əsəd iqtidarının hǝlǝ dǝ davam etdiyini ifadǝ edǝn Ərdoğan İran və Rusiyanın Suriya siyasətini də pislǝyib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr