"Heç kim məqsədinə çata bilməyəcək"

Prezident Rəcəb Tayyib Ərdoğan Dağlıca hücumu ilǝ bağlı yazılı bǝyanat yayıb.

375551
"Heç kim məqsədinə çata bilməyəcək"

Ərdoğan şərhində, Dağlıcada əsgərlərin şəhid olmalarına və yaralanmalarına səbəb olan hücumu şiddətlə qınayıb. Ərdoğan “Millətimizin birlik və bərabərliyini, qardaşlığımızı və gələcəyimizi hǝdǝf götürǝn bu hücumlarla heç kim məqsədinə nail ola bilməyəcək” deyə bildirib. Prezident şərhində “Ölkəmizin dinclik, təhlükəsizlik və sabitliyini pozmağı məqsəd qoyan bu hücumlar qarşısında, millətimizin birlik və bərabərlik nümayiş etdirəcəyinə inanıram. Dağlıcadaki hücumu lənətləyir, əziz şəhidlərimizə Allahdan rəhmət, ailələrinə, millətimizə və Türk Silahlı Qüvvələrinə başsağlığı, yaralılarımıza təcili şəfa diləyirəm” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr