"Türkiyəyə təkrar etibarlı dost və partnyor olmaq lazımdır"

Avropa İttifaqı Şurasının sədri Donald Tusk immiqrant problemi və digər mövzularla bağlı Türkiyə və Avropa İttifaqı arasındakı əlaqələrə toxunub.

342701
"Türkiyəyə təkrar etibarlı dost və partnyor olmaq lazımdır"

  Bu gün Avropa İttifaqının sərhəd təhlükəsizliyi məsələsinin ən çətin və təcili mövzu olduğunu deyən Tusk Avropa İttifaqında immiqrantlarla bağlı ortaq bir mövqeyə gəlmək üçün çalışdıqlarını söyləyib: "Avropanın şərqi ilə qərbi arasında bir bölünmə var. Macarıstan kimi bəzi ölkələr immiqrantların qarşısını dəmir məftillərlə alır, digərləri kvota tələbilə immiqrantların paylaşılmasını istəyir".

  Donald Tusk Avropaya bu gedişlə il sonuna qədər yarım milyondan çox immiqrant gələcəyini və bu vəziyyətə ictimai qaydanın fəda edilməyəcəyini deyib.

  Tusk Brüsseldə Səfirlər Konfransında etdiyi çıxışında Türkiyə ilə əlaqələrə də toxunub: "İmmiqrantlar və digər mövzularla bağlı Türkiyə ilə əlaqələri yenidən canlandırmaq, Türkiyəyə təkrar etibarlı dost və partnyor olmaq lazımdır".

  Avropa İttifaqında immiqrant mövzusunda ortaq bir nöqtədə uzlaşmanın çətin olduğunu, qorunmağa möhtac insanlara kömək etməyə çalışdıqlarını Tusk: "Sözlər kafi deyil, artıq iş görmək vacibdir. Bölgə ölkələrində immiqrant məsələsinin çətinlikləri ilə mübarizə aparmaq üçün infrastrukturların qüvvətləndirilməsi və genişləndirilməsi prosesinə sürət vermək lazımdır” deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr