Mardində 4 polis şəhid oldu
PKK terrorçuların yola yerləşdirdikləri mina partladılıb
385932
Mardində PKK terrorçuların yola yerləşdirdikləri mina partlayıb. Nəticədə 4 polis şəhid olub. Səhər saat 6:50 radələrində Mardinin Dargeçit bölgəsində terrorçular tərəfindən yandırılan məktəbə baxış keçirməyə gedən polis avtomobilinə minalarla tələ qurulub. Avtomobilin minaya düşməsi nəticəsində 1-i təhlükəsizlik komandiri olmaqla 4 polis şəhid olub. Terroristlərin tutulması üçün təhlükəsizlik qüvvələri əməliyyata başladıb.