14-cü İstanbul Bienalı üçün hazırlıqlar başladı

İstanbulda bu günədək keçirilən bienallar arasında ən çox məkana yayılan, ən çox sənətkarlar toplayan və ən sürprizli bienal olacaq 14-cü İstanbul Bienalının sentyabrın 5-də açılışı olacaq.

373781
14-cü İstanbul Bienalı  üçün hazırlıqlar başladı

İstanbul Mədəniyyət və Sənət Fondunun (İKSV) təşkil etdiyi, 36 məkanda 1500-dən çox sənətkarı bir araya gətirən bienal keçirilən mətbuat konfransında təqdum olundu.

İKSV İdarə Heyəti Başçısı Bülənt Eczaçıbaşı bu bienalın digərlərindən fərqli olduğunu vurğuladı.

Eczaçıbaşı:" Qarşımızda fərqli bir sənət hadisəsi, fərqli bir bieanal vardır. Bu səfərki bienalımız tam mənasında İstanbula yayılır. Əminəm ki, fərqli bir təcrübə olacaq. Bienal Türkiyənin beynəlxalq səviyyədə marağa səbəb olan ən böyük tədbiridir" dedi.

 Koç Holdinqin sponsorluğu ilə İKSV-nin təşkil etdiyi 14. İstanbul Bienalına giriş noyabrın 1-dək pulsuz olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr