İraqda türkiyəli işçilər qaçırıldı

İraqın paytaxtı Bağdadda bir tikinti meydanında şirkət rəhbəri, 3 türkiyəli mühəndis və 15 işçi silahlı və maskalı adamlar tərəfindən qaçırılıb.

373154
İraqda türkiyəli işçilər qaçırıldı

  Qaçırılan şəxslər Bağdadın şimalındakı Sədr səmtində bir idman kompleksi inşa edən Türkiyə şirkətinin işçiləridir.

  Terrorçular marşrut-avtobuslarla binanın inşası gedən tikinti meydanına basqın edib, istirahət edən, yatan türkləri yanlarına alaraq sahədən ayrılıblar.

  İraq Daxili İşlər Nazirliyindən verilən bu xəbəri Türkiyə Xarici İşlər Nazirliyi də təsdiq edib.

  Türkiyəlilərin qaçırılma səbəbi araşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr